Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz Türkiyə turnirinə qatılacaqlar 

26-29 iyun günlərində Türkiyənin Kocaeli şəhərində idman güləşinin hər üç növü üzrə Yaşar Doqan, Vəhbi Əmrə və Hamit Kanlanin ənənəvi xatirə turniri keçiriləcək. Dörd gün davam edəcək turnirdə Azərbaycan idmançıları da iştirak edəcəklər. 

AGF-dan verilən məlumata görə, ölkəmiz yunan-Roma güləşi üzrə yarışlarda məşqçi Elvin Mürsəliyevin rəhbərliyi altında 4, qadın güləşində məşqçi Aqahusyn Mustafayevin rəhbərliyi altında 5, sərbəst güləş yarışinda isə məşqçi Taymuraz Kokayevin rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq.

Daha iki həmyerlimiz - Elgün Məmmədovla Şamil Fəttayevsə hakimlər sırasında yer alacaq.

Turnirin proqramına uyğun olaraq, ilkin görüşlər hər gün saat 12:00-da başlanacaq. 18:30-da isə medal uğrunda görüşlərə start veriləcək.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111