Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

FƏRİDƏ AĞAZADƏ: 

Neft Daşları həyatımda gördüyüm ən gözəl möcüzədir

Mediada olan bütün həmkarlarım bilir ki, mən qəzet aşiqiyəm. Hətta qəzet sevdalısıyam desəm yanılmaram. Çünki mənim ilk məktəbim, uğurlu jurnalistika fəaliyyətim məhz qəzetdən başlayıb. Bu gün "Neft Daşları" qəzetini möcüzəvi Neft Daşlarında oxumaq mənə də qismət oldu. Qəzetə aşiq olan daha bir insanı da tanıdım. Şəxsinə və əməyinə sonsuz hörmətim olan əziz həmkarımız, dəyərlimiz Xeyrulla Agayev i, onun dəyərli kollektivini ürəkdən alqışlayıram. Bu qəzetə həyat verərək onu sevərək yaşadırlar. Yaxşı ki, sizin kimi qəzet sevdalıları var. Ürəyim fərəhləndi, çox sevindim. Neft Daşları həyatımda gördüyüm ən gözəl möcüzə oldu. Sevdim, həm də çox sevdim. Minnətdarıq!

Best coffeeshop in Berlin