Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Rafiq Oday:

"Dan yeri" Ədəbi Birliyinin növbəti məşğələsi Elçin Səlimlinin yaradıcılığının təhlilinə həsr olunmuşdur

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və "Möhtəşəm Azərbaycan" qəzetinin nəzdində fəaliyyət göstərən "Dan yeri" Ədəbi Birliyinin növbəti məşğələsi Azərbaycan Yazıçılar Birliyinə yenicə üzv qəbul olunmuş Elçin Səlimlinin yaradıcılığının təhlilinə həsr olunmuşdur.

Müzakirələrdə "Dan yeri" Ədəbi Birliyinin sədri Rafiq Oday, Asif Asiman, Xaqani Abbasəli Öztürk, Miraslan Rasim, Sevinc Murad və müəllifin özü iştirak edirdi.

Elçin Səlimlinin təzəli-köhnəli 30-dan artıq şeiri bədii, üslub, qramnatik və digər məziyyətlərinə görə təhlil olunmuş, müsbət xüsusiyyətləri ilə bərabər bədii cəhətdən zəif tərəfləri də müəllifin diqqətinə çatdırılmış, bəzi şeirlərin üzərində yenidən işləməsi tövsiyə olunmuşdur.

Qeyd edək ki, bu müzakirə Elçin Səlimlinin iyunun 3-də doğulub boya-başa çatdığı Neftçala rayonunda oxucularla keçiriləcək görüşü ərəfəsində reallaşmışdır.

Sonda Elçin Səlimli müzakirədə iştirak edən və dəyərli tövsiyələr verən qələm dostlarına minnətdarlığını ifadə etmişdir.

 

Best coffeeshop in Berlin