Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da MEDİA-nın  təşkilatçılığı ilə “Euronews Academy” beynəlxalq tədris proqramına start verilib

İyunun 23-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.

Açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığın artırılması, müasir jurnalistika standartlarının təşviqi və rəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından belə beynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.

Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.

Qeyd edək ki, təlim proqramı iyunun 27-dək davam edəcək.

 

RUS:

Стартовала программа Euronews Academy, организованная MEDİA

В рамках сотрудничества Агентства развития медиа (MEDİA) и одной из ведущих новостных сетей Европы - телеканала Euronews в Бакинском государственном университете (БГУ) стартовала международная образовательная программа Euronews Academy.

По словам выступившего на церемонии открытия исполнительного директора Euronews в Баку Фернандо Соареша, цель программы - предоставить молодым журналистам соответствующие международным стандартам знания и навыки, а также способствовать их формированию как профессиональных кадров, способных реагировать на современные вызовы в информационной среде. Он подчеркнул, что проект внесет значительный вклад в производство высококачественных и объективных новостей с соблюдением этических принципов.

Заместитель исполнительного директора MEDİA Натиг Мамедли отметил, что подобные международные платформы играют важную роль в повышении профессионализма в медиасфере, продвижении стандартов современной журналистики и приобретении новых навыков в цифровую эпоху. Образовательная программа сыграет существенную роль в развитии информационной среды в Азербайджане и приобщении журналистов к международному опыту, добавил он.

Декан факультета журналистики БГУ, заместитель председателя Совета печати Вугар Алиев в своем выступлении отметил, что подобные инициативы придают импульс интеграции молодых журналистов в мировые медиапроцессы. Он отметил, что программы, обеспечивающие прямое общение с международными экспертами, создают условия для подкрепления теоретических знаний студентов практическими навыками.

Первый день пятидневной образовательной программы, которая проходит в специальной аудитории MEDİA в БГУ, был посвящен теме «Цифровой сбор информации и журналистика, основанная на данных». С основными принципами сбора информации в цифровой среде, анализа данных и журналистики, основанной на фактах, участников ознакомила известный эксперт телеканала Euronews, мультимедийный журналист с более чем 14-летним международным опытом Туба Алтункая.

Образовательная программа продолжилась интерактивными лекциями, практическими заданиями, групповыми дискуссиями, анализом текстов и видео.

Программа продлится до 27 июня.

Best coffeeshop in Berlin