Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İçərişəhərdə “Küçələrdən Hekayələr” sosial layihəsinin açılışı baş tutdu +FOTO=9

20 iyun 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Arts Council Azerbaijan-ın təşkilatçılığı ilə İçərişəhərin Qoşa Qala Meydanında “Küçələrdən Hekayələr” adlı sosial və xeyriyyə layihəsinin açılışı keçirildi. Layihənin müəllifi Surəyyə Məmmədlidir.

Layihənin əsas məqsədi küçə heyvanlarının taleyinə biganə qalmamağa çağırmaq, cəmiyyətdə mərhəmət, şəfqət və sosial məsuliyyət hissini gücləndirmək, incəsənət vasitəsilə heyvanlara qarşı diqqət və qayğı dəyərlərini təbliğ etmək idi.

Tədbirin proqramı zəngin və rəngarəng oldu:
Peşəkar rəssamların sərgisi — heyvan mövzusunda çəkilmiş müasir incəsənət əsərləri tamaşaçılara təqdim edildi. Bu əsərlər xüsusi olaraq ArtMarket.az onlayn platformasında satışa çıxarıldı. Platforma vasitəsilə əsərlərin əldə edilməsi həm alıcılara rahatlıq yaratdı, həm də satışdan əldə olunan vəsaitin şəffaf şəkildə xeyriyyə məqsədlərinə yönəldilməsini təmin etdi.

Uşaqların və gənc rəssamların əl işləri və rəsmləri, onların heyvanlara sevgi və qayğı hissini əks etdirən səmimi əsərləri nümayiş etdirildi.

Rüstəm Fərmanın foto sərgisi, məşhur şəxslərin ev heyvanları ilə birlikdə iri formatlı portretlərini təqdim etdi və heyvanların insan həyatındakı əhəmiyyətini vurğuladı.

Xeyriyyə yarmarkası, burada təqdim olunan əl işləri və rəsm əsərləri satışa çıxarıldı və toplanan vəsait tam olaraq küçə heyvanlarının qorunmasına və onlara yardım layihələrinə yönəldildi.

Ev heyvanlarının iştirakı ilə moda defiləsi, tədbirin yaddaqalan və emosional anlarından biri oldu.

Tədbir boyu DJ Azad-ın canlı ifaları tədbirə xüsusi ab-hava qatdı.

Tədbirdə Arts Council Azerbaijan-ın rəhbəri Dadaş Məmmədov çıxış edərək layihəyə dəstək verən tərəfdaşlara və iştirakçılara təşəkkürünü bildirdi. O vurğuladı ki, Arts Council Azerbaijan beynəlxalq mədəni platforma kimi incəsənət və sosial layihələr vasitəsilə cəmiyyətdə təbiətə və heyvanlara qarşı mərhəmət, qayğı və humanist dəyərləri təşviq etməyə davam edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək layihənin humanist dəyərlər baxımından əhəmiyyətini vurğuladı və bu cür təşəbbüslərin ictimai şüurun formalaşmasına verdiyi töhfədən danışdı.

Çıxışı zamanı layihənin müəllifi Surəyyə Məmmədli vurğuladı:
“Küçələrdən Hekayələr” ilk dəfə 132-134 saylı liseyin IBDP proqramı çərçivəsində CAS layihəsi kimi başlamışdır və küçə heyvanlarının qarşılaşdıqları çətinliklərə diqqət çəkməyi məqsəd qoymuşdur. Bugünkü tədbir bir daha göstərdi ki, incəsənət və yaradıcı təşəbbüslər vasitəsilə mən və tələbə yoldaşlarım bu mövzunu daha geniş auditoriyalara çatdıra və insanlarda heyvanlara qarşı mərhəmət hissini gücləndirə bilirik.

Layihə bir günlük olub və həmin gün uğurla başa çatıb.

Media dəstəyi: Artnews.az, 1news.az, Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Azertac.az

 

RUS:

В Ичеришехер состоялось открытие социального проекта «Истории с улиц»

20 июня 2025 года при поддержке Администрации Государственного историко-архитектурного заповедника «Ичеришехер» и при организационной поддержке Arts Council Azerbaijan на площади Гоша Гала в Ичеришехер состоялось открытие социального и благотворительного проекта «Истории с улиц». Автором проекта является Сурая Мамедли.

Главная цель проекта — призвать общество не оставаться равнодушным к судьбе бездомных животных, укрепить в обществе чувство милосердия, сострадания и социальной ответственности, а также продвигать ценности заботы о животных через искусство.

Программа мероприятия была насыщенной и разнообразной:
Выставка профессиональных художников — публике были представлены современные произведения искусства на тему животных. Эти работы были выставлены на продажу на онлайн-платформе ArtMarket.az, что обеспечило удобство для покупателей и прозрачность перечисления средств на благотворительные цели.
Работы и рисунки детей и юных художников, наполненные искренней любовью и заботой о животных.
Фотовыставка Рустама Фармана, где были показаны крупноформатные портреты известных людей с их питомцами, подчеркивающие значимость животных в жизни человека.
Благотворительная ярмарка, на которой были представлены изделия ручной работы на тему животных.
Дефиле с участием домашних животных, которое стало одним из самых трогательных и запоминающихся моментов вечера.
В течение всего мероприятия звучала живая музыка в исполнении DJ Azad, которая создавала особую атмосферу праздника.

С приветственным словом выступил глава Arts Council Azerbaijan Дадаш Мамедов, выразив благодарность партнерам и участникам проекта. Он отметил, что Arts Council Azerbaijan как международная культурная платформа продолжит продвигать идеи гуманизма, милосердия и заботы о природе и животных через искусство и социальные проекты.

Заместитель руководителя аппарата Администрации Государственного историко-архитектурного заповедника «Ичеришехер» Рена Насирова-Мустафаева в своем выступлении подчеркнула значение проекта с точки зрения продвижения гуманистических ценностей и отметила его вклад в формирование общественного сознания.

В своем выступлении автор проекта Сурая Мамедли подчеркнула:
«Проект «Истории с улиц» впервые был начат как CAS-проект в рамках программы IBDP лицея №132-134 и был нацелен на привлечение внимания к трудностям, с которыми сталкиваются бездомные животные. Сегодняшнее мероприятие ещё раз доказало, что с помощью искусства и творческих инициатив мы с моими одноклассниками можем донести эту тему до широкой аудитории»

Проект был однодневным и успешно завершился в этот же день.

Информационная поддержка: Artnews.az, 1news.az, Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Azertac.az

Best coffeeshop in Berlin