Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhidin ev muzeyində kitab təqdimatı +FOTO=21

Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəş Qəbələ şəhidlərinin yer aldığı "Qəhrəman analar" və "Sevdası yarım qalmış Sevdalılar" kitablarının təqdimatını şəhid Məhəmməd Qarayevin ev muzeyində edib. Şairə xanım təqdimat zamanı bildirib ki, kitabın təqdimatının keçirilməsi ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinə və Qəbələ peşə məktəbinə müraciət etsə də, səsinə səs verən olmayıb. Şəhid analarının gözü yolda olduğundan şairə xanım kitabın təqdimatını şəhidin ev muzeyində etməyə qərara verib. Tədbirdə qonaq olan şəhid anaları da Qəbələdə şəhidlərlə bağlı tədbirlərin həyata keçirilməsi prosesinin çox ləng olduğunu bildirərək aidiyyəti qurumlardan gileyləniblər. Onlar bildiriblər ki, mədəniyyət idarələrində şəhidləri ilə bağlı tədbirlər keçirilmir. Şəhid ailələri ziyarət olunmur. Buna görə də şəhid ailələri daha çox digər bölgələrin tədbirlərində iştirak edirlər ki, şəhidlərini tanıda bilsinlər. 
Esmira Günəş şəhid analarına kitabını təqdim etdikdən sonra xatirə şəkilləri çəkdirib və həmin gün bir neçə şəhid ailəsini ziyarət edib.

Best coffeeshop in Berlin