Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Rəssam RƏFİQƏ RƏSULQIZININ 90 illiyi ilə əlaqədar

AZƏRBAYCAN TƏBİƏTİ geoloqun gözü ilə fərdi yaradıcılıq sərgisi

2023-cü il, iyunun 6-da  Azərbaycanın Rəssamlar İtifaqının Vəcihə Səmədova adına sərgi salonunda  rəssam RƏFİQƏ RƏSULQIZININ 90 illiyi ilə əlaqədar AZƏRBAYCAN TƏBİƏTİ geoloqun gözü ilə fərdi yaradıcılıq sərgisinin açılışı olmuşdur. Səginin açılışında Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Rəfiqə xanımın yaxınları, dostları iştirak edib. Eyni zamanda sərgidə Rəfiqə Rəsul qızı Ağakişibəyovanın elmi və siyasi mövzuda çap olunmuş kitabları da tamaşıçılara təqdim olunur. Sərgi həftə sonuna kimi fəaliyyət göstərəcək.
Ünvan: Vəcihə Səmədova adına Sərgi Salonu
Bakı, Səbail rayonu, Хaqani küçəsi, 19 (Sahil metro-stansiyası yaxınlığında)
(+99412) 493-62-30

Best coffeeshop in Berlin