Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb +FOTO=5

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Ekoloji kimya kafedrasının “Ekoloji kimya” ixtisası üzrə doktorantı Orxan Hacıyevin “Bakı şəhəri və Abşeron yarımadasında atmosfer havasının aktiv biomonitorinqin nəticələri: “Sphagnum girgensohnii” mamır-transplantatlarından istifadə olunmaqla” mövzusunda elmi seminarı keçirilib. Dissertasiya işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya elmləri namizədi, dosent Zərifə Vəliyeva rəhbərlik edir.

Elmi seminarda Orxan Hacıyev tərəfindən aparılan tədqiqatın nəticələri təqdim olunub.  Tədqiqatda Bakı şəhəri və Abşeron yarımadasının sənaye və nəqliyyatın təsiri altında olan atmosfer havasının keyfiyyəti aktiv biomonitorinq üsulu ilə qiymətləndirilib. Bu məqsədlə “Sphagnum girgensohnii” növündən olan mamır-transplantatlardan istifadə edilib.

Araşdırma çərçivəsində 21 nöqtədə “mamır torbaları” quraşdırılıb, 12 həftəlik ekspozisiyadan sonra toplanmış nümunələr neytron aktivasiya analizi (İNAA), atom-absorbsion spektrometriya (AAS) və qaz xromatoqrafiyası ilə analiz olunub.

Əldə edilən nəticələrə əsasən, Na, Cl, I, Al, V, Pb, Th, U və digər elementlər üzrə bəzi nöqtələrdə Yol Verilən Qatılıq Həddi (YVQH) normativlərini aşan konsentrasiyalar müəyyən edilib. Eyni zamanda, bəzi zəhərli və təhlükəli metallar (Cd, Cu, Ni, Zn) üzrə də yerli səviyyədə artım müşahidə olunub. Poliaromatik karbohidrogenlər (PAH) bir sıra sənaye zonalarında aşkar edilib.

Əsas çirklənmə mənbələri kimi neft emalı və qaz hasilatı müəssisələri, metallurgiya və kimya sənayesi obyektləri, nəqliyyat vasitələrinin buraxdığı emissiyalar müəyyən olunub.

Tədqiqatın nəticələri Abşeron regionu üçün atmosfer çirklənməsinin cari vəziyyəti haqqında obyektiv və əsaslı məlumat verir. Yerli şəraitə uğurla tətbiq oluna bilən bu metodika gələcəkdə genişmiqyaslı monitorinq proqramlarına inteqrasiya üçün tövsiyə edilir.

 

RUS:

В БГУ объявлены результаты биомониторинга воздуха

На факультете экологии и почвоведения Бакинского государственного университета (БГУ) докторант Орхан Гаджиев провел семинар на тему «Результаты активного биомониторинга атмосферного воздуха в городе Баку и на Апшеронском полуострове: с использованием мхов-трансплантатов «Sphagnum girgensohnii». Руководители диссертационной работы — доктор химических наук, профессор Севиндж Гаджиева и кандидат химических наук, доцент Зарифа Велиева.

На семинаре представлены результаты исследований, проведенных Орханом Гаджиевым. В ходе исследований с использованием метода активного биомониторинга оценивалось качество атмосферного воздуха в городе Баку и на Апшеронском полуострове, который находится под воздействием промышленности и транспорта. С этой целью использовались мхи-трансплантаты вида «Sphagnum girgensohnii».

По результатам исследования в некоторых точках были выявлены концентрации, превышающие предельно допустимые концентрации (ПДК) по Na, Cl, I, Al, V, Pb, Th, U и другим элементам. В то же время на локальном уровне также наблюдалось увеличение некоторых токсичных и опасных металлов (Cd, Cu, Ni, Zn). В ряде промышленных зон были обнаружены полиароматические углеводороды (ПАУ). Основными источниками загрязнения определены объекты нефтепереработки и газодобычи, металлургической и химической промышленности, а также выбросы автотранспорта.

Результаты исследования дают объективную и содержательную информацию о современном состоянии загрязнения атмосферы Апшеронского региона.

Данная методология, которая может быть успешно применена в локальных условиях, рекомендуется для интеграции в масштабные программы мониторинга в будущем.

Best coffeeshop in Berlin