Kanada Qran Prisi "Formula-1" təqvimində 2035-ci ilə qədər qalacaq
"Formula-1" Kanada Qran Prisinə ev sahibliyi etmək üçün müqavilənin müddətinin uzadıldığını elan edib.
Tərəflər arasında 4 illik yeni müqavilə imzalanıb və buna əsasən, 2035-ci ilə qədər çempionat təqvimində qalacaq.
Dövrə 1978-ci ildən (bir neçə istisna olmaqla) "Formula-1"ə ev sahibliyi edir və onun tarixi daha da uzaqlara gedib çıxır. İlk Kanada Qran Prisi 1967-ci ildə baş tutub.
Həmçinin ayrıca qeyd olunub ki, promouterlər və Kanada səlahiyyətliləri mövsüm təqvimini optimallaşdırmaq üçün səhnəni iyun ayından 2026-cı ilin daha erkən tarixinə keçirmək barədə razılığa gəliblər.


