Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda avarçəkmə üzrə açıq birincilik keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası ilə birgə gənclər və gənc avarçəkənlər arasında Bakı açıq birinciliyi keçirilib.

Federasiyadan verilən məlumata görə, yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, avarçəkənlər kayak növündə həm tək, həm də qoşa qayıqla, kanoe və akademik avarçəkmə üzrə isə tək qayıqla 500 metr məsafəyə yarışıblar. Maraqlı mübarizə şəraitində keçən Bakı açıq çempionatının qalibləri diplom və medallarla təltif olunublar.

Xatırladaq ki, Bakı Açıq Çempionatının və bu kimi daxili yarışların təşkilində əsas məqsədlərdən biri idmançıların hazırlıq səviyyəsini yoxlamaq, həmçinin onların arasından seçilən avarçəkənləri gənclər komandasına cəlb etməkdir.

Best coffeeshop in Berlin