Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

İyunun 17-də Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) və Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən təşkil olunan Qlobal Dayanıqlı İnkişaf Konqresinin rəsmi açılış mərasimi keçirilib. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirdə iştirak edib.

Tədbirin açılışında THE-nin qlobal əlaqələr üzrə Baş Direktoru Phil Baty və YÖK-ün rəhbəri Erol Özvar çıxış edərək, konqresin əhəmiyyəti və ali təhsildə dayanıqlılıq mövzusunun aktuallığı haqqında fikirlərini bölüşüblər. Ardınca Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, ölkəmizdə elm və təhsil sahəsində dayanıqlı inkişaf istiqamətində həyata keçirilən islahatlar, proqramlar və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat verib.

Rəsmi açılış çərçivəsində sabah açıqlanması nəzərdə tutulan “THE Impact Rankings 2025” nəticələrindən seçilmiş dünyanın TOP-10 universitetinin siyahısı da konqres iştirakçılarının diqqətinə təqdim olunub.

Açılışdan sonra Azərbaycanın elm və təhsil naziri və YÖK-ün rəhbəri sərgi zonasında nümayiş etdirilən Azərbaycan pavilyonu ilə tanış olublar. Qeyd edək ki, pavilyonda BDU da daxil olmaqla Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələri dayanıqlı inkişafla bağlı təşəbbüslərini, tədqiqat layihələrini və nailiyyətlərini təqdim ediblər. Azərbaycan pavilyonu yerli və beynəlxalq media orqanlarında da geniş işıqlandırılıb.

Azərbaycanın bu nüfuzlu beynəlxalq tədbirdə fəal iştirakı ölkəmizin ali təhsil sisteminin qlobal dayanıqlı inkişaf gündəminə verdiyi töhfənin mühüm göstəricisidir.

 

RUS:

Делегация БГУ участвовала в открытии Глобального конгресса устойчивого развития

В Стамбуле состоялась церемония открытия Глобального конгресса устойчивого развития, организованного Times Higher Education (THE) и Турецким советом по высшему образованию (YÖK).

В мероприятии также приняла участие делегация во главе с ректором Бакинского государственного университета (БГУ) Эльчином Бабаевым.

На открытии мероприятия выступили генеральный директор THE по глобальным связям Фил Бати и глава YÖK Эрол Озвар, которые поделились своими взглядами на важность конгресса и актуальность темы устойчивости в высшем образовании.

Далее выступил министр науки и образования Азербайджанской Республики Эмин Амруллаев, который дал подробную информацию о реформах, программах и международном сотрудничестве, реализуемых в нашей стране в сфере науки и образования в направлении устойчивого развития.

Вниманию участников конгресса также был представлен список ТОП-10 университетов мира по результатам рейтинга THE Impact Rankings 2025.

Министр науки и образования Азербайджана и глава YÖK осмотрели азербайджанский павильон, представленный на выставочной площадке. Следует отметить, что ряд ведущих высших учебных заведений Азербайджана, в том числе БГУ, представили в павильоне свои инициативы, исследовательские проекты и достижения, связанные с устойчивым развитием.

Best coffeeshop in Berlin