BDU Qlobal Dayanıqlı İnkişaf Konqresində öz stendi ilə təmsil olunub
Bakı Dövlət Universiteti (BDU) 16-19 iyun 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən və dünyanın aparıcı ali təhsil və tədqiqat institutlarını bir araya gətirən Qlobal Dayanıqlı İnkişaf Konqresində (Global Sustainable Development Congress) Azərbaycan pavilyonunda öz stendi ilə təmsil olunub.
Dörd gün davam edəcək bu mühüm beynəlxalq tədbir nüfuzlu “Times Higher Education” (THE) reytinq agentliyi və Türkiyə Ali Təhsil Şurasının (YÖK) birgə təşəbbüsü ilə təşkil edilib. Konqres ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində apardıqları fəaliyyətləri müzakirə, qlobal əməkdaşlığı təşviq etmək və ortaq həll yollarını müəyyənləşdirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.
BDU-nun stendində Universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi təhsil və tədqiqat təşəbbüsləri, beynəlxalq əməkdaşlıq strategiyaları, yaşıl kampus təşəbbüsləri və iqlim dəyişikliklərinə uyğunlaşdırma ilə bağlı layihələri ziyarətçilərə təqdim olunur. Həmçinin, BDU-nun DİM-lərə uyğun olaraq həyata keçirdiyi fəaliyyətlər, Universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində əldə etdiyi uğurlar və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilir. Stend ətrafında interaktiv müzakirələr BDU-nun təcrübəsinin paylaşılması və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli imkanlar yaradıb.
BDU-nun bu cür beynəlxalq tədbirlərdə iştirakı Universitetin qlobal miqyasda tanınmasına, elmi əməkdaşlıqların genişlənməsinə və Azərbaycanın ali təhsil sektorunun beynəlxalq platformalarda layiqincə təmsil olunmasına mühüm töhfə verir.
RUS:
БГУ представлен на Глобальном конгрессе устойчивого развития
Бакинский государственный университет (БГУ) на Глобальном конгрессе устойчивого развития, проходящем в Стамбуле, в павильоне Азербайджана представлен собственным стендом.
Это международное мероприятие было организовано рейтинговым агентством Times Higher Education (THE) и Турецким советом высшего образования (YÖK). Конгресс служит площадкой для высших учебных заведений, исследовательских центров, государственных учреждений и неправительственных организаций для обсуждения своей деятельности в рамках Целей устойчивого развития ООН (ЦУР), продвижения глобального сотрудничества и поиска общих решений.
На стенде БГУ посетителям представлены образовательные и исследовательские инициативы университета в области устойчивого развития, стратегии международного сотрудничества, инициативы зеленого кампуса и проекты, связанные с адаптацией к изменению климата.
Также представлена подробная информация о мероприятиях, реализуемых БГУ в соответствии с ЦУР, успехах, достигнутых в рамках стратегии интернационализации университета, и возможностях сотрудничества. Интерактивные дискуссии вокруг стенда создали существенные возможности для распространения опыта БГУ и построения новых партнерств.


