BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” +FOTO=13
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev məzunları, müəllim və valideynləri təbrik edib. Rektor bildirib ki, “Gənc istedadlar” liseyi özünün tədris göstəriciləri ilə artıq brendə çevrilib. Təsadüfi deyil ki, "Gənc istedadlar" liseyi bu il Respublika Fənn Olimpiadaları üzrə qalib sayı baxımından ölkənin ən yaxşı təhsil müəssisələri sırasında ilk onluqda yer alır. O, liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib: “Məzunlarımız həmişə fəxr edəcəklər ki, məhz BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin yetirməsidirlər. Bu, onların sonrakı həyatında əhəmiyyətli rol oynayacaq”.
Bu il təhsil müəssisəsini 61 məzun bitirir. Onlardan 8-i xüsusi nümunəli nişana, 19-u fərqlənmə attestatına namizəddir. Ümumi orta təhsil səviyyəsini isə 66 nəfər bitirir. Onlardan 46 nəfəri fərqlənmə attestatı almağa namizəddir. Liseyin 3 şagirdi IX sinfin buraxılış imtahanlarında maksimal 300 bal toplayıb. Bu il liseyin şagirdləri Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək, bir qızıl və bir gümüş olmaqla 7 medal qazanıblar. “Sabahın alimləri” XIV Respublika müsabiqəsində lisey şagirdlərinin bir layihəsi I, iki layihəsi II, bir layihəsi isə III yerə layiq görülüb.
Liseyin şagirdləri Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadası, Beynəlxalq Kopernik Olimpiadası, Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, V Astronomiya Olimpiadası, digər beynəlxalq və yerli olimpiadalarda önəmli yerlər qazanıblar.
Tədbirdə tədrisdə fərqlənən, olimpiadalarda yer tutan şagirdlərə, liseyin qabaqcıl müəllimlərinə təşəkkürnamələr təqdim olunub.
Sinif rəhbərləri Zülfiyyə Muradova, Elvira Ömərova, Rəna Qasımova çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.
* *
RUS:
В лицее БГУ прозвучал «Последний звонок»
В лицее «Молодые таланты» при Бакинском государственном университете (БГУ) прошло мероприятие «Последний звонок».
Ректор БГУ Эльчин Бабаев поздравил выпускников, учителей и родителей. Ректор отметил, что лицей уже стал брендом по своим образовательным показателям. В этом году лицей вошел в десятку лучших учебных заведений страны по количеству победителей республиканских предметных олимпиад. Он выразил уверенность, что выпускники лицея всегда будут возвышать имя страны, показывая высокие результаты: «Наши выпускники всегда будут гордиться тем, что они являются выпускниками лицея «Молодые таланты» при БГУ. Это сыграет важную роль в их дальнейшей жизни».
В этом году учебное заведение заканчивает 61 выпускник. 8 из них являются кандидатами на получение специального образцового значка, а 19 — аттестата с отличием. 66 человек заканчивают общее среднее образование. 46 из них являются кандидатами на получение аттестата с отличием. 3 ученика лицея набрали на выпускных экзаменах максимально 300 баллов. В этом году на республиканских предметных олимпиадах лицеисты завоевали 7 медалей, в том числе одну золотую и одну серебряную. В XIV Республиканском конкурсе «Ученые будущего» один проект лицеистов занял I, два проекта II и один проект III места.
Учащиеся лицея заняли передовые места на XXI Международной научно олимпиаде подростков, Международной олимпиаде «Коперник», Международной математической олимпиаде тюркского мира, Математико-логической олимпиаде имени Лютфи Заде, V Астрономической олимпиаде и других международных и местных олимпиадах.
На мероприятии учащимся, принявшим участие в олимпиадах, а также ведущим преподавателям лицея, отличившимся в педагогической деятельности, были вручены благодарственные грамоты.
Далее выступили классные руководители, а учащиеся исполнили литературно-художественные композиции.


