Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU və Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU rektoru Elçin Babayev və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıb.
Tədbirdə çıxış edən rektor Elçin Babayev həm təbiət-dəqiq, həm də  humanitar elmlər sahələrində hər iki universitetin böyük potensiala malik olduğunu qeyd edib. O bildirib ki, imzalanan memorandum BDU və Bingöl Universitetinin tələbələri üçün yeni imkanlar açacaq, regionda təhsilin və elmin inkişafına mühüm töhfə verəcək. Xüsusilə biologiya, kimya, fizikanın müxtəlif istiqamətləri, arı xəstəlikləri, nanotexnologiyalar, iqtisadiyyat və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə elmi tədqiqatlar aparıla, ortaq elmi-tədqiqat laboratoriyası yaradıla bilər.
Bingöl Universitetinin rektoru Erdal Çelik BDU ilə uğurlu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib.
Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

***

RU:

Подписан меморандум между БГУ и Бингёльским университетом

Меморандум взаимопонимания подписан между Бакинским государственным университетом (БГУ) и Бингёльским университетом Турции.

Документ подписали ректоры Эльчин Бабаев и Эрдал Челик.

Выступая на мероприятии, ректор Эльчин Бабаев отметил, что оба университета имеют большой потенциал, подписанный меморандум откроет новые возможности для студентов БГУ и Бингёльского университета и внесет значительный вклад в развитие образования и науки в регионе. В частности, совместные научные исследования могут проводиться в различных направлениях биологии, химии, физики, болезней пчел, нанотехнологий, экономики и других областях, а также может быть создана совместная научно-исследовательская лаборатория.

Ректор Эрдал Челик сказал, что успешное сотрудничество с БГУ имеет большое значение в научном развитии Азербайджана и Турции, а также в подготовке конкурентоспособных на международном уровне специалистов.

Отметим, что меморандум предусматривает проведение совместных проектов, международных научных семинаров и конференций, организацию программ студенческого и преподавательского обмена. Кроме того, документ создаст новые возможности для университетов по обмену опытом в области преподавания, исследований и интернационализации.

Best coffeeshop in Berlin