Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Xalq şairi Qabilə həsr olunmuş elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Xalq şairi Qabilin əsərlərinin nəşr tarixi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Nigar Məmmədova məruzə edib. Məruzəçi bildirib ki, Xalq şairi Qabil XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biridir. Dərin poetik tutumu, orijinal ifadə tərzi, rəngarəng obrazlar sistemi ilə seçilən şair poeziyamızın inkişafına xüsusi töhfələr verib: “Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev həmişə Qabilin yaradıcılığını yüksək qiymətləndirib, görkəmli şairi dövlətimizin ali mükafatları ilə təltif ediblər”.
Qabilin zəngin ədəbi irsinin nəşr tarixindən bəhs edən məruzədə bildirilib ki, şairin “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. “Səhər açılır” adlı ilk şeirlər kitabı isə 1950-ci ildə nəşr edilib: “Qabilin yaradıcılığının ilk dövrlərində nəşr edilən “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” kitabları geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb”.
Məruzədə Qabilin ədəbi irsinin nəşr tarixi mərhələlər üzrə araşdırılıb. Sovet dövrü və müstəqillik illərində ədibin nəşr edilmiş kitabları dil-üslub xüsusiyyətləri, redaktə məsələləri və bədii tərtibat baxımından tədqiqata cəlb olunub. Şairin müxtəlif illərdə və ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunan kitablarının müqayisəli təhlilləri aparılıb. Qeyd olunub ki, Xalq şairi Qabilin əsərləri Azərbaycanda estetik fikrin, milli düşüncənin, kitab nəşrinin, kitab mədəniyyətinin və oxucu zövqünün inkişafında mühüm əhəmiyyətə malikdir.
Elmi seminar müzakirələrlə davam edib.

***

RU:

В БГУ прошел семинар, посвященный народному поэту Габилю

 

Бакинском государственном университете (БГУ) состоялся научный семинар на тему «История издания произведений народного поэта Габиля».

На семинаре с докладом выступила магистрантка кафедры редакционно-издательского дела БГУ Нигяр Мамедова.

Докладчик отметила, что народный поэт Габиль является одним из выдающихся деятелей азербайджанской литературы XX века. Поэт, отличающийся большим поэтическим потенциалом, оригинальной манерой выражения, красочной системой образов, внес особый вклад в развитие нашей поэзии. В докладе, в котором обсуждалась история издания богатого литературного наследия Габиля, говорилось, что первое стихотворение поэта было опубликовано в 1944 году, а первая книга стихов - в 1950 году. В докладе история издания литературного наследия Габиля рассматривалась поэтапно. К исследованию были привлечены книги, изданные писателем в советский период и годы независимости, с точки зрения языковых и стилистических особенностей, вопросов редактирования и художественного оформления. Проведен сравнительный анализ книг поэта, изданных в разные годы и разными издательствами. Отмечено, что произведения народного поэта Габиля имеют большое значение в развитии эстетической мысли, национального мышления, книгоиздательства, книжной культуры и читательского вкуса в Азербайджане.

Best coffeeshop in Berlin