Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli yanvarın 22-də Masallı rayonunda sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 10 - 16 yanvar tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Best coffeeshop in Berlin