Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Esmira Günəşin Lənkəranda Gimnaziyada kitab təqdimatı +FOTO=15

İyunun 4 də Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin Lənkəranda Xarici Dillər Təmayüllü Gimnaziyada şəhid Vüsal Quliyevin yer aldığı kitablarının təqdimatı oldu. Şəhidin ad günü ilə  əlaqədar Gimnaziyada möhtəşəm tədbir hazırlanmışdı. Gimnaziyanın direktoru Mənsur müəllimin dəvəti ilə şairə Esmira Günəş həm məktəbin qonağı olub. Həm də tədbirdə iştirak edərək kitablarını şəhidin ailəsinə əmanət etməklə yanaşı Gimnaziyaya da hədiyyə edib. Tədbirdə bütün səhnələr şəhid Vüsal Quliyevin adını daşıyan 6-cı sinifin şagirdləri tərəfindən hazırlanmışdı. Şəhid ailələrinin, şairlərin, ziyalıların, müəllim və şagirdlərin iştirak etdiyi tədbirin sonunda şəhid Vüsal Quliyevin həyat yoldaşı Fərqanə xanım tədbirdə əziyyəti olan hər kəsə hədiyyə verib, əsas da şəhidin adını daşıyan sinif otağının şagirdlərinin hər birini hədiyyəsi ilə sevindirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra şairə Esmira Günəş şəhid ailələrini ziyarət edib.

Best coffeeshop in Berlin