Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
Bakı Hərbi Məhkəməsində müharibə qanunlarını və adətlərini pozma, terrorizm, terrorçuluğu maliyyələşdirmə və digər maddələrdə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə hakim Anar Rzayev və Camal Ramazanovun sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxsə bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün seçdiyi vəkil verilib.
Dindirilməzdən əvvəl hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişlərə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan məhkəmədən cinayət işi üzrə ittiham aktının surətini ailəsinə təqdim etməyi xahiş edib.
R.Vardanyanın vəkili Avraham Berman onun mövqeyini dəstəkləyib.


