Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi dünya çempionudur 

Planetin 32 ən yaxşı milli komandasının iştirakı ilə Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatına nəhayət ki, dünən baş tutan həlledici final görüşü ilə yekun vurulub. Sevindirici haldır ki, mundialın qalibi adını yarışlara ev sahibliyi edən Azərbaycan millisi qazanıb. Qeyd edək ki Milli Gimnastika Arenasında baş tutan final matçında Azərbaycan yığması Macarıstan komandasını məqlub edib - 4:2 (3:1). Yiqmamizin heyətində Təmkin Xəlilzadə (2-ci dəqiqə, 1:0), Maqomed Xəlilov (8-ci dəqiqə, 2:0) və dubl edən Rəvan Kərimov (10-cu dəqiqə, 3:0; 29-cu dəqiqə, 4:1) fərqlənib.

Ümumiyyətlə, Azərbaycan millisi çempionluq zirvəsinə gedən yolda finalla birlikdə 7 oyun keçirib. Xatırladaq ki, yer aldığı A qrupunda Bəhreynlə (1:1) sülh bağlayandan sonra Sloveniya (4:0) və Mavritaniyani (2:0) üstələyən milimiz qrup lideri kimi 1/8 finala yüksəlib və burada da son dünya çempionu adını daşıyan Rumıniyanı (əsas hissə 1:1; penaltı 2:1) üstələyərək 1/4 finala çıxıb. Bu mərhələdə isə millimiz İngiltərədən (2:1) üstün olaraq, yarımfinala yüksəlib. Qələbələr seriyasını davam etdirən millimiz finala çıxışda isə Montoneqro komandasını məğlub edib - 2:1. 

Dünya çempionu adını qazanan Azərbaycan millisinin heyətində Ağaseyid Qasımov, Bəli Qafarov, Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirsaleh Rzayev, Müseyib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Taqiyev, Kamran Qurbanov, Mirkamil Əliyev, Talehi Babayev, Kamran Abdullazadə, Maqomed Xəlilov və Ramiz Çovdarov yer alıb.

Yeri gəlmişkən, dünya çempionu olan millimizin hər bir üzvünə 40 min manat mükafat verilib. Bir məqamı da qeyd edək ki, Azərbaycan yığması mini-futbol tarixində ABŞ, Çexiya, Meksika və Rumıniyadan sonra dünya çempionu adını qazanan 5-ci komanda olub.

Dünən mundialda üçüncü yer uğrunda görüşdə isə Serbiya millisi Monteneqronu böyük hesabla məğlub edib - 3:0. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin