Minifutbol üzrə dünya çempionatının yarımfinalı: Azərbaycan Monteneqro ilə qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Bakıda keçirilən dünya çempionatının yarımfinal matçına çıxacaq.
Elşad Quliyevin komandasının rəqibi Monteneqro millisi olacaq. Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Saat 21:30-da başlayacaq digər yarımfinal oyununda Macarıstan və Serbiya milliləri qarşılaşacaq.
İyunun 1-də mini-futbol üzrə dünya çempionatının finalı keçiriləcək.


