Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti
Bu gün 28 May Müstəqillik Günüdür.
20-ci əsr təkcə elm və texnika əsri kimi deyil, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad edilməsi, milli dövlətlərin yaranması əsri kimi tarixə düşdü.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika oldu.
Parlamentli respublika idi. Onun dövlət atributları - bayraq, himn və gerb qəbul edildi. Cümhuriyyət bayrağının rəngləri “türkçülük, islamçılıq və müasirlik” formulunu əks etdirirdi.
Halbuki Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. 1920-ci il aprelin 28-də Azərbaycan bolşeviklərin 11-ci ordusu tərəfindən işğal edildi və respublika süqut etdi.
Əvvəllər 28 May Azərbaycanda Respublika Günü kimi qeyd olunurdu. 2022-ci ildən etibarən dövlət bayramı Müstəqillik Günü kimi qeyd olunur.


