Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Kərim Kərimli: 

İnsanın tarixə necə təqdim edilməsindən asılı olmayaraq tarix onun əsil mahiyyətini də öz sinəsində saxlayır

Ölməz Səməd Vurğunun belə misraları var:

Cahanda hər hökmü bir zaman verir,

Dünən fərman verən bu gün can verir.

1990-cı illərin əvvəllərində bir tanınmış Azərbaycan şairi də belə yazmışdı:

Surət bəy, Surət bəy, qeyrətli oğul,

Tökülən qanlara heyrətli oğul...

(Ardı çox uzundu...)

Əbülfəz Elçibəy Sürəti "Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Ordusunun polkovniki" kimi adlı-titullu bir monstra çevirdi və insana, vətəndaşa və bu cür titullar sahibinə xas xüsusiyyətlərin heç biri şəxsiyyətində mövcud olmayan və şəxsi ləyaqətində əks olunmayan monstr da az qaldı ki, ölkəni qana saxlasın...

Halbu ki, hələ Yevlax Yun zavodunun gənc direktoru Surət Hüseynov Şuşaya bu və ya digər şəkildə kömək göndərəndə hətta biz - adi adamlar belə bilirdik ki, bu köməyin, yardımların mənbəyi Rusiyadır.

Anam hərdən deyərdi: "Eşşəyin başını xonçaya qoyarsan, sürüşər yerə düşər..."

Bu da son...

Hərə tarixdə bir cürə qalır.

Ancaq çox incə bir məsələ də var: İnsanın tarixə necə təqdim edilməsindən asılı olmayaraq tarix onun əsil mahiyyətini də öz sinəsində saxlayır.

Və...

Lazım olanda...

Heyif ömrümüzdən yel kimi uçub gedən, vətənsiz keçən 30 illik köçkün həyatına...(((

Best coffeeshop in Berlin