Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulub

Bakıda minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin oyunları başa çatıb.

Mərhələnin 3-cü turunun ikinci günündə səkkiz qarşılaşma baş tutub.

Görüşlər Milli Gimnastika Arenasında baş tutub.

E qrupunda Monteneqro komandası İndoneziyaya 4:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda Tailand Kosta Rikanı 4:1 hesabı ilə məğlub edib. Beləliklə, bu qrupda Monteneqro və Tailand komandaları 1/8 finala yüksəlib.

E qrupu

1. Monteneqro - 7 xal

2. Tayland - 7 xal

3. İndoneziya - 3 xal

4. Kosta Rika - 0 xal

F qrupunda Polşa - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib - 1:1. Qazaxıstan ABŞ-a 5:3 hesabı ilə qalib gəlib. Bu qrupdan Polşa və Bosniya və Herseqovina növbəti mərhələyə yüksəlib.

F qrupu

1. Bosniya və Herseqovina - 5 xal

2. Polşa - 5 xal

3. Qazaxıstan - 4 xal

4. ABŞ - 1 xal

Heç-heçə edən (2:2) Çexiya və Gürcüstan komandaları G qrupunda ilk iki yeri tutaraq 1/8 finala yüksəlib. BƏƏ Argentinaya 4:1 hesabı ilə qalib gəlsə də, hər iki komanda turnirdən kənarlaşdırılıb.

G qrupu

1. Çexiya - 7 xal

2. Gürcüstan - 7 xal

3. BƏƏ - 3 xal

4. Argentina - 0 xal

H qrupunda Serbiya Qana üzərində 2:1 hesabı ilə qalib gələrək qrupda birinci yeri təmin edib. İspaniyaya qalib gələn (4:2) İsrail qrupda ikinci yerdən növbəti mərhələyə yüksəlib.

H qrupu

1. Serbiya - 9 xal

2. İsrail - 6 xal

3. İspaniya - 3 xal

4. Qana - 0 xal

Qeyd edək ki, 1/8 finalın oyunlarına sabah start verilir.

Best coffeeshop in Berlin