Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan yığması Rumıniya yığması ilə qarşılaşacaq

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatının 1/8 final oyunlarına start verilir.

Mərhələnin ilk günündə Milli Gimnastika Arenasında dörd qarşılaşma keçiriləcək.

A qrupunun lideri kimi pley-offa çıxan Azərbaycan yığması B qrupunda ikinci yeri tutan və turnirin hazırkı qalibi olan Rumıniya komandası ilə qarşılaşacaq.

Dünya çempionatı
1/8 final
27 may

17:30. İngiltərə - Bolqarıstan

19:00. Portuqaliya - Macarıstan

20:30. Azərbaycan - Rumıniya

22:00. Fransa - Mavritaniya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Best coffeeshop in Berlin