Masallı UGİŞM-nin voleybol komandası respublika birinciliyində...
Voleybolçular zona mərhələsinin qalibidir
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə voleybol idman növü üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.
2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarışlarda Masallı, Tərtər, Kürdəmir, Şirvan, Cəlilabad uşaq-gənclər idman-şahmat məktəblərinin və 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin komandaları mübarizə aparıblar.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası birinci yerə layiq görülərək 5-10 iyun 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
İdmançıları yarışlara Masallı UGİŞM-nin məşqçi-müəllimləri Maşallah Cahangirov və Çingiz Ağayev hazırlayıb. Respublikanın Əməkdar məşqçisi, məktəbimizin veteran müəllimi Süfəddin Məmmədovun komandaya dəstəyini xüsusi qeyd etmək lazımdır.
Əlavə edək ki, müvafiq olaraq Şirvan, Bakı və Cəlilabad komandaları da respublika birinciliyinin finalında iştirak hüququ əldə ediblər.
Akif AĞAYEV


