Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məktəblilər arasında intellektual oyun - MASALLIDA

 

Masallıda 28 May Müstəqillik Günü ilə əlaqədar “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İntellekt Klub” layihəsi çərçivəsindəki tədbir Ərkivan qəsəbə 2 saylı tam orta məktəbində gerçəkləşib. 
Bilik yarışmasının nəticələrinə əsasən Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin “Dark United” komandası birinci, Bala Kolatan kənd tam orta məktəbinin “Big Bang” komandası ikinci, N.Həsənov adına Göyəçöl kənd tam orta məktəbinin “Viktoriya” komandası isə üçüncü yerə layiq görülüb.
Qalib gələn komandalar təşkilat komitəsinin diplomları ilə təltif olunub.

 

Akif AĞAYEV


 

Best coffeeshop in Berlin