Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fərhad Rəcəbli 11 qat Avropa çempionu olub

Azərbaycanlı cüdoçu Fərhad Rəcəbli veteranlar arasında cüdo üzrə Avropa çempionu adını qazanıb və bu, karyerasında on birinci olub.

Turnir Latviyanın paytaxtı Riqada keçirilir.

Azərbaycan təmsilçisi 90 kq çəki dərəcəsində və M-8 yaş qrupunda mübarizə aparıb. O, finalda ukraynalı cüdoçu Aleksandr Rangayevə inamla qalib gələrək döyüşü ipponla erkən başa vurub. Rəcəbli həm də veteranlar arasında 12 qat dünya çempionudur.

Azərbaycan komandası qitə birinciliyində 30 idmançı ilə təmsil olunur. Yarışda 37 ölkədən 855 cüdoçu iştirak edir.

Best coffeeshop in Berlin