Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Dünya Robot Olimpiadası haqqında infosessiya  

 Bakı Dövlət Universitetində (BDU) Dünya Robot Olimpiadası (WRO) haqqında maarifləndirici infosessiya keçirilib.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bu cür beynəlxalq layihələrin gənclərin texnologiyaya olan marağını artırmaqla yanaşı, ölkənin elmi-texniki inkişafına töhfə verdiyini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin məsləhətçisi Fərid Əhmədov tələbələrə olimpiada haqqında məlumat verib.
Azərbaycan Robotexnika və Mühəndisliyi Akademiyasının və Dünya Robot Olimpiadasının təmsilçisi Fədayə Vəliyeva yarışın müxtəlif kateqoriyaları, qiymətləndirmə meyarları və iştirakçıların qarşısında qoyulan texniki tapşırıqlar barədə  təqdimat edib. O bildirib ki, bu beynəlxalq platforma gənclərə məntiqi təfəkkür, problem həll etmə, komanda işi və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı verir. Olimpiada kompüter proqramlaşdırması, mühəndislik və mədəniyyətlərarası dialoqu təşviq edən unikal bir mühit yaradır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

***

RU:

В БГУ проведена инфосессия о Всемирной олимпиаде роботов

В Бакинском государственном университете (БГУ) прошла информационная сессия, посвященная Всемирной олимпиаде роботов (WRO).

Директор Центра организации научной деятельности и инноваций БГУ Маис Сулейманов подчеркнул, что подобные международные проекты не только повышают интерес молодежи к технологиям, но и способствуют научно-техническому развитию страны.

Фарид Ахмедов, советник Министерства молодежи и спорта, предоставил студентам информацию об олимпиаде.

Представитель Азербайджанской академии робототехники и инженерии и Всемирной олимпиады роботов Федае Велиева выступила с презентацией о различных номинациях конкурса, критериях оценки и технических заданиях для участников. Она сказала, что эта международная платформа предоставляет молодым людям возможность развивать навыки логического мышления, решения проблем, командной работы и креативности. Олимпиада создает уникальную среду, способствующую развитию компьютерного программирования, инженерии и межкультурного диалога.

В конце мероприятия были даны ответы на вопросы студентов.

 
 

Best coffeeshop in Berlin