Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU tələbələri geoloji elmlərdə istifadə olunan müasir texnologiyaları öyrənir

Bakı Dövlət Universitetinin (BDU) Geologiya və Coğrafiya fakültələrinin Tələbə Elmi Cəmiyyətlərinin (TEC), Tələbə Gənclər Təşkilatı və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə geoloji elmlərin inkişafında müasir texnologiyaların - xüsusilə Coğrafi İnformasiya Sistemlərinin (CİS) roluna dair təlim keçirilib.
Təlimdə fakültələrin professor-müəllim heyəti, tələbələri, “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şəbəsinin müdiri, Yer elmləri üzrə fəlsəfə doktoru Fuad Hüseynov, şöbənin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər.
“AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədov “Dağ-mədən geoloji informasiya sistemlərinin geoloji kəşfiyyat işlərinin aparılmasında tətbiqi” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda “AzerGold”un geoloji-kəşfiyyat strategiyası çərçivəsində CİS-lər vasitəsilə həyata keçirilən layihələr, sahəvi məlumatların emalı, 3D model quruculuğu, proqnozlaşdırıcı analizlər və operativ qərar qəbuletmə imkanları barədə nümunələr göstərilib. Eyni zamanda Azərbaycanın müxtəlif filiz və qeyri-filiz yataqları üzrə aparılan araşdırmalarda CİS-in istifadəsi ilə bağlı real tətbiq hallarından söz açılıb.
Təlimdə həmçinin CİS texnologiyalarının geoloji kəşfiyyatda istifadəsi, onların vasitəsilə məlumatların toplanması, vizuallaşdırılması, təhlili və qərarların verilməsindəki funksionallığı geniş izah edilib. Həmçinin bu sistemlərin dağ-mədən sənayesində operativ və dəqiq geoloji modelləşdirməyə, resursların qiymətləndirilməsinə və təhlükəsiz istismara töhfəsi vurğulanıb.
Təlimin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib.

***

RU:

Студенты БГУ изучают технологии, используемые в геологических науках

В Бакинском государственном университете (БГУ) прошел тренинг, посвященный роли современных технологий, в частности географических информационных систем (ГИС), в развитии геологических наук.

В тренинге приняли участие профессорско-преподавательский состав и студенты геологического и географического факультетов, заведующий отделом геологической разведки ЗАО AzerGold Фуад Гусейнов, заведующий сектором отдела Алескер Мамедов и другие сотрудники учреждения.

Заведующий сектором отдела геологической разведки ЗАО AzerGold Алескер Мамедов выступил с докладом на тему «Применение горно-геологических информационных систем при проведении геологоразведочных работ». В презентации представлены примеры проектов, реализованных с использованием ГИС в рамках геологоразведочной стратегии AzerGold, обработки полевых данных, построения 3D-моделей, прогнозного анализа и возможностей оперативного принятия решений. В то же время обсуждались практические применения ГИС в исследованиях, проводимых на различных рудных и нерудных месторождениях Азербайджана.

В ходе обучения также подробно объяснялось применение ГИС-технологий в геологоразведке, их функциональные возможности при сборе данных, визуализации, анализе и принятии решений. Также был подчеркнут вклад этих систем в оперативное и точное геологическое моделирование, оценку ресурсов и безопасную эксплуатацию в горнодобывающей промышленности.

Best coffeeshop in Berlin