Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanlı alimlər Türkiyənin paytaxtı Ankarada keçirilən konfransda çıxış ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Baş meneceri Şakir Alıyev, “İnklüziv sosial inklişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva, “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, i.f.d., dos. Allahyar Muradov və “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin müdiri, i.f.d., dos. Pərviz Həsənov Türkiyənin paytaxtı Ankarada 16-18 may 2025-ci il tarixlərində Ankara Hacı Bayram Vəli Universitetinin və Yörük Türkmən Birliyi ilə birgə keçirdiyi “II Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi”ndə iştirak ediblər. Konqresdə 20-dən çox ölkənin (Azərbaycan, Türkiyə, Kuzey Kıbrıs Türk Cumhuriyyəti, İsveç, Rusiya, Makedoniya, Kosova, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Ukrayna, Bosniya və Hersoqavina və s.) və 70 universitetin, 16 qurumun və 3 strateji mərkəzin 145 nümayəndəsi təmsil olunub. R.S.Abdullayeva “Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsində yaradıcı sənyaelərin rolu”, A.N.Muradov və Ş.Ş.Alıyev “TATKÖK arasında elmi və təhsil əlaqələrinin gücləndirilməsi”, P.Həsənov “Türk dövlətlərinin səhiyyə sahəsində işbirliyi imkanları” mövzularında məruzə ediblər. İqtisadiyyat İnstitutunun əməkdaşları, həmçinin Aərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Gazi Universitetində fəaliyyət göstərən “Azərbaycan Türkcəsi Təhsil Ocağı”nı ziyarət ediblər. Ziyarət zamanı “Azərbaycan Türkçəsi Öğretim Ocağı”nın təlimçisi, Gazi Universitetinin doktorantı Şəhla İbişova Mədəniyyət Mərkəzinin fəaliyyəti və Azərbaycan türkcəsi kursları barədə məlumat verib. O, bildirib ki, kurslar təkcə dil öyrətmək deyil, həm də Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixi ilə bağlı bilikləri aşılayır. Bu təşəbbüs ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Rəsmiyyə Sabir

* * *

Şemsettin Küzeci

Ankaraya hoş geldiniz Şeref verdiniz. Allaha Can Azerbaycan'ı ve sizleri daima korusun ve yüceltsin

Shahla Ibishova

Çox sağ olun, Rəsmiyyə xanım. Təkrar görüşmək ümidiylə

Ramin Raminov

Artıq Ərdoğan dözə bilmir...Ödünü tökməsinə zaman və məkan tapdı.. Görünür ki, Azərbaycan İsrailin "İbrahim sazislərinə", Mərkəzi Asiyanın isə Cənub Kipri Türkiyə tərəfindən işğal olduğunu rəsmi qəbul etdikdən sonra Azərbaycana öz laz-gürcü kiçik intiqamini göstərmək istədi.Amma yaddindan çixir ki, onun turani, AZƏRBAYCANSİZ mümkün deyil!!! 

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin