Kitabxanalara türk xalqlarının ədəbiyyatı ilə bağlı yeni kitab hədiyyə edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) türkologiya sahəsində çalışmaları ilə Azərbaycanda və digər türk ölkələrində tanınan professor Elman Quliyevin universitetlər üçün yazdığı “Türk xalqları ədəbiyyatı” kitabı hədiyyə olundu. Bu dərslik türk dövlətlərinin universitetlərində tədris proqramlarının tələblərini ödəyən kitabdır. Kitabda türk xalqlarının (türk, Azərbaycan, özbək, türkmən, qırğız, qazax, tatar, iraq-türkmən) görkəmli ədəbi simalarının ən qədim dövrdən müasir zamana qədərki həyatları və türk epos, şeir, nəsr nümunələri tədqiq edilir.
Kitabda Z.Göyalp, M.A.Ərsoy, H.Cavid, O.Süleymenov, Ç. Aytmatov və b. dahilərin yaradıcılığı təhlil edilir. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçilər akademiklər Gövhər Baxşəliyeva, Nizami Cəfərov və b. Kitaba özbək və türk alimləri rəy veriblər.
Oxucular kitabla Yasamal rayonunun bütün kitabxanalarında tanış ola bilərlər.


