Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU “Caspian Agro” - XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində
təmsil olunur

Bakı Dövlət Universiteti (BDU) “Caspian Agro” - XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur.
Sərgidə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq
şirkətlər, dövlət qurumları iştirak edir.
Sərgidə Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Smart Agro” istiqaməti üzrə kənd təsərrüfatı sahəsində süni intellektin tətbiqinə dair layihələr də yer alıb. BDU sərgidə "Irrigo - dayanıqlı kənd təsərrüfatı ekosistem" layihəsi ilə iştirak edir.

Sərgi zamanı BDU stendini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə layihə haqqında məlumat verilib.
Tullantı sularının təmizlənməsini təmin edən bu sistem əkilən bitkiyə uyğun gübrələrin növünü və miqdarını süni intellektin tətbiqi ilə avtomatik olaraq tənzimləyir. Bunun sayəsində əkilən bitki növləri üçün sistem tərəfindən müxtəlif mineral tərkibli suvarma suyu hazırlanır. Bu da öz növbəsində bitkilərin yetişmə sürətinə və morfologiyasına
müsbət təsir edir. Tullantı sularının təmizlənməsini, tərkibində olan mineralların növünün və miqdarının analizini və bitkiyə uyğun zənginləşdirmə proseslərini əhatə edən bu layihə “Ağıllı kənd” konsepsiyasına, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya əsaslanır və işğaldan azad olunan Qarabağda dayanıqlı, innovativ və əhalinin rifahına yönəlmiş müasir yaşayış mühiti yaratmağa töhfə verməyi hədəfləyir.
BDU-nun son illərdə startap və texnologiya yarışmalarında qazandığı uğurlar haqqında da Prezident İlham Əliyevə məlumat verilib. Qeyd olunan stendlə yanaşı, BDU ali təhsil müəssisələri üçün ayrılan açıq məkanda da Universitetin tanıtım stendi ilə təmsil olunur.

***

RU:

БГУ представлен на международной сельскохозяйственной выставке

Бакинский государственный университет (БГУ) представлен на XVIII Азербайджанской международной сельскохозяйственной выставке «Caspian Agro».

БГУ принимает участие в выставке с проектом «Irrigo – устойчивая сельскохозяйственная экосистема».

О проекте проинформировали Президента Ильхама Алиева, посетившего стенд БГУ в ходе выставки.

Эта система, обеспечивающая очистку сточных вод, автоматически регулирует тип и количество удобрений, подходящих для высаживаемого растения, с помощью применения искусственного интеллекта. Благодаря этому система подготавливает поливную воду с различным содержанием минералов для различных видов высаживаемых растений. Это, в свою очередь, оказывает положительное влияние на скорость роста и морфологию растений.

Президент Ильхам Алиев также проинформирован об успехах БГУ в конкурсах стартапов и технологий.

Помимо вышеупомянутого стенда, БГУ также представлен рекламным стендом на открытой площадке, отведенной для высших учебных заведений.

 

Best coffeeshop in Berlin