BDU-da Azərbaycanda ensiklopediyaların nəşr tarixi araşdırılıb
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Azərbaycanda ensiklopediyaların nəşr tarixi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoruSevda Quliyevaməruzə edib.
Məruzədə Azərbaycanda ensiklopediyaların nəşr tarixi, formalaşma və inkişaf dövrləri xronoloji inkişafda izlənilib. Bu sahədə aparılan tədqiqat işlərinə nəzər salınıb. Ölkənin müxtəlif nəşriyyatları tərəfindən çap edilən ensiklopediyalar elmi-nəzəri baxımdan təhlilə cəlb edilib, ensiklopediyaların tərtibatına, dil-üslub xüsusiyyətlərinə və eləcə də redaktəsinə verilən tələblər öyrənilib.“Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamının sahənin inkişafına mühüm töhfə olduğu vurğulanıb. Bir sıra ensiklopediyalar, o cümlədən Kitabi-Dədə Qorqud Ensiklopediyası, QarabağEnsiklopediyası, Azərbaycan Xalq Cümhuriyəti Ensiklopediyası, Muğam Ensiklopediyasıkimi mühüm nəşrlər təhlil edilib.
Araşdırmada ensiklopediyaların müasir inkişaf səviyyəsi, məzmun və forma xüsusiyyətlərinə verilən tələblər,ensiklopedik nəşrlərin elektron versiyalarının hazırlanması kimi məsələlər şərh olunub. Bu kimi nəşrlərdə toplanan informasiyaların beynəlxalq inteqrasiya, müxtəlif platformalarda əməkdaşlığın genişləndirilməsi, qlobal informasiya mühitinin təşəkkülü və inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Elmi seminar müzakirələrlə davam edib.
***
RU:
В БГУ изучали историю издания энциклопедий в Азербайджане
На факультете информации и менеджмента документов Бакинского государственного университета (БГУ) прошел научный семинар на тему «История издания энциклопедий в Азербайджане».
На семинаре с докладом выступила преподаватель кафедры редакционно-издательского дела Севда Гулиева.
В докладе в хронологическом порядке прослеживается история издания, периоды становления и развития энциклопедий в Азербайджане. Проведен научно-теоретический анализ издаваемых энциклопедий, изучены требования к оформлению, языковым и стилевым особенностям, редактированию энциклопедий. Был проанализирован ряд энциклопедий, в том числе такие важные издания, как энциклопедия «Китаби-Деде Коркут», энциклопедия «Карабах», энциклопедия Азербайджанской Демократической Республики и энциклопедия «Мугам».
В исследовании прокомментированы такие вопросы, как уровень развития энциклопедий, требования к содержанию и форме, подготовка электронных версий энциклопедических изданий. Подчеркнута важность информации, собранной в подобных изданиях, с точки зрения международной интеграции, расширения сотрудничества на различных площадках, формирования и развития глобального информационного пространства.
Научный семинар продолжился дискуссиями.


