Azərbaycan dünya çempionatına hazırdır
Mayın 21-də Bakıda mini-futbol üzrə dünya çempionatı start götürəcək.
Milli Gimnastika Arenasında keçiriləcək turnirdə 32 ölkənin komandası mübarizə aparacaq.
Açılış mərasimində Türkiyənin tanınmış müğənnisi Aleyna Tilki və Azərbaycanın xalq artisti Aygün Kazımova çıxış edəcək.
Azərbaycan millisi A qrupunda Sloveniya, Mavritaniya və Bəhreyn komandaları ilə mübarizə aparacaq.
Digər qrupların tərkibi aşağıdakı kimidir:
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Çempionatın finalı iyunun 1-də baş tutacaq.


