Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı


Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi vəFizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”çərçivəsində Magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXV Respublika elmi konfransı keçirilib. 
Əvvəllcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Elmi fəaliyyətin təşkili və innovasiya Mərkəzinin direktoru Mais Süleymanoviştirakçıları fizika və astronomiyanın inkişaf meylləri, aktual problemləri, BDU-da bu istiqamətdə həyata keçirilən layihələrlə tanış edib, konfransın işinə uğurlar arzulayıb.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev qeyd edib ki, XXI əsrin ilk onillikləri fundamental elmlərin, xüsusilə də fizika və astronomiyanın inkişafında dönüş nöqtəsi olub. O, müasir fizikanın inkişaf tendensiyaları, elmi fəaliyyətdəki cari çağırışlar, süni intellekt sahəsində fizika elminin mümkün töhfələri barədə danışıb və gənc tədqiqatçıların bu istiqamətlərə cəlb olunmasının zəruriliyini vurğulayıb. 
BDU-nun Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfransa Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Neft və Sənaye Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 108 materialın qəbul edildiyini bildirib. 
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru Oktay Qasımov rəhbəlik etdiyi qurumda görülən elmi işlərdən danışıb, gənc tədqiqatçılar üçün belə imkanın yaradılmasına görə təşəkkür edib. 
Sonra plenar məruzələr dinlənilib. Plenar iclasda Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova “Maqnetit nanohissəcikləri və termoplastik polimerlər əsasında alınmış nanokompozitlər: polimer matrisin nanokompozitin xassələrinin formalaşmasinda rolu” və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Şahnaz Tagiyeva “Electromagnetic radii for nucleon-excited nucleon form the hard-wall AdS/QCD model” mövzularında tədqiqatlarının nəticələrini təqdim ediblər. 
Konfrans 5 bölmədə işini davam etdirib. 

***

RU:

В БГУ прошла конференция «Проблемы физики и астрономии»

В рамках «Года Конституции и суверенитета» прошла XXV республиканская научная конференция магистрантов и молодых исследователей «Проблемы физики и астрономии», организованная физическим факультетом и Научно-исследовательским институтом физических проблем (НИИПФ) Бакинского государственного университета (БГУ).

Директор Центра организации научной деятельности и инноваций Маис Сулейманов познакомил участников с тенденциями развития и актуальными проблемами физики и астрономии, а также проектами, реализуемыми в этом направлении в БГУ.

Декан физического факультета Бахтияр Пашаев отметил, что первые десятилетия XXI века стали переломным моментом в развитии фундаментальных наук, особенно физики и астрономии. Он рассказал о тенденциях развития современной физики, актуальных проблемах научной деятельности и возможном вкладе физики в область искусственного интеллекта, а также подчеркнул необходимость привлечения молодых исследователей в эти направления.

Директор НИИПФ БГУ Седияр Рагимов сообщил, что в конференции также принимают участие молодые исследователи из Института физики Министерства науки и образования, Института радиационных проблем, Института биофизики, Шамахинской астрофизической обсерватории, Азербайджанского государственного педагогического университета, Сумгайытского государственного университета, Университета «Хазар», Азербайджанского медицинского университета, Азербайджанского университета нефти и промышленности. Всего было принято 108 материалов.

Генеральный директор Института биофизики Министерства науки и образования Октай Гасымов рассказал о научной работе, проводимой в руководимом им учреждении, и выразил благодарность за создание такой возможности для молодых исследователей.

Затем были заслушаны пленарные доклады. На пленарном заседании с докладами выступили преподаватель кафедры химической физики наноматериалов Габиба Ширинова, которая представила результаты своих исследований по теме «Нанокомпозиты на основе наночастиц магнетита и термопластичных полимеров: роль полимерной матрицы в формировании свойств нанокомпозита» и сотрудница Шамахинской астрофизической обсерватории Шахназ Тагиева, которая представила результаты своих исследований по теме «Electromagnetic radii for nucleon-excited nucleon form the hard-wall AdS/QCD model».

Конференция продолжила работу в пяти секциях.

Best coffeeshop in Berlin