Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da “İsrail poeziyası: klassik və müasir dövr” adlı tədbir

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin,
Ərəb filologiyası kafedrasının birgə təşəbbüsü və “Regionşünaslıq” (İsrail üzrə)
ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İsrail poeziyası: klassik və müasir dövr” adlı
tədbir keçirilib.
Əvəllcə “Regionşünaslıq” (İsrail üzrə) ixtisası II kurs tələbələri İsrail poeziyasının
formalaşması, əsas istiqamətləri barədə məlumat veriblər.
Tədbir zamanı Xaym Nahman Byalik, Lea Qoldberq, Yehuda Amixay, Raxel, Natan
Alterman, Erez Biton və digər tanınmış İsrail şairlərinin həyat və yaradıcılığına həsr
olunmuş təqdimatlar nümayiş etdirilib. Tələbələr tərəfindən həmin şairlərin seçilmiş
şeirləri ivrit dilində səsləndirilib, azərbaycanca tərcümələri təqdim olunub.
Tədbirdə İsrail poeziyasında vətənpərvərlik, insan və təbiət münasibətləri, mühacirlik və
kimlik axtarışı kimi mövzulara xüsusi yer verilib. Bu poeziyanın yalnız bədii-estetik deyil,
həm də mədəni və siyasi yaddaşın ifadəsi olduğu vurğulanıb.
Sonda fakültə dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə
və baş müəllim Təranə Hüseynbalayeva çıxış edərək, tələbələrin təşəbbüsünü yüksək
qiymətləndirib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Best coffeeshop in Berlin