Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə fotoqrafın imzası” adlı sərgi keçirilib +VİDEO/FOTO=24
Foto sərgidə Milli Azərbaycan Tarixi Muzeyində qorunan fotolarda fotoqrafların imzaları sərgilənib. Burada 1940-cı illərə qədər fotoqrafların imzasını özündə əks etdirən paspartular nümayiş olunacaq. Hər bir fotoqrafın şəxsi imzası ilə fərqlənən bu fotolarda onların fotoqrafiya sahəsində qazandıqları uğurlar və aldıqları mükafatlar paspartularda yer alır. Bu paspartular fotoqrafların kimliyini parlaq şəkildə nümayiş etdirir.
Muzeydə Azərbaycanda fəaliyyət göstərən fotoqraflarla yanaşı dünyanın bir çox yerindən olan fotoqrafların da paspartuları qorunur. Bunlar isə özlüyündə informasiya mənbəyi kimi tarixi əhəmiyyət daşıyır.
Foto sərgidə ik dəfə olaraq 1880-1910-cu illərdə Gəncədə fotoqraf kimi fəaliyyət göstərmiş azərbaycanlı M.A. Abbasovun fotoları nümayiş olunacaq. Qeyd edək ki, sərgidə 68 ədəd orijinal foto sərgilənir. Sərginin əsas məqsədi tarixdə imzası olan foroqrafları ictimaiyyətə yaxından tanıtmaqdır.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman çıxış edərək bu sərginin ideyasından bəhs etdi. Milli Azərbaycan Tarix Muzeyinin direktoru Akademik Nailə xanım Vəlixanlı muzeydə qorunan foto materiaların tarixi əhəmiyyətini tamaşacılara catdırdı. Sərgidə sərgilənən Milyonçu Musa Nağıyevin nəticəsi Dilarə xanım öz babasının portretindən onun bu bina ilə xatirələrini bölüşdü. Sərginin kuratoru Mirnaib Həsən oğlu layihənin özəliklərindən və tarixdə bu fotoları çəkmiş fotoqrafların işlərindən danışdı.
Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.


