Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Rumıniyanın Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenaru ilə onlayn görüş keçirilib.

Fakültə dekanı Afət Məmmədova Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin (BBMM)   yaradılmasının əhəmiyyəti və multikultural dəyərlərin təşviqindəki rolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü istiqamətində BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xarici universitetlərdə  “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

Ardınca çıxış edən Lyudmila Bejenaru rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə geniş məruzə edib. O diqqətə çatdırıb ki, qloballaşan dünyada Rumıniya və Azərbaycan respublikaları dost ölkələr və yaxın iqtisadi tərəfdaşlar hesab olunurlar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Lyudmila Bejenaru Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətindən, universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən bəhs edib. O qeyd edib ki, fənnin tədrisi zamanı Azərbaycanın UNESCO-nun siyahısına salınmış tarixi yerləri, maddi-mədəniyyət nümunələri haqqında tələbələrə mühazirələr oxunur. Mərkəzin fəaliyyətində Qarabağ şəhidlərinə həsr olunmuş tədbirlər, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər yer alır. 

Tədbirdə iştirak edən müəllimlər qeyd ediblər ki, bu kimi mərkəzlərin yaradılması müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anlamasına, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına, tolerantlığın gücləndirilməsinə kömək edir.

***

RU:

В БГУ прошла встреча с руководителем Центра азербайджанского мультикультурализма Ясского университета  

 

На биологическом факультете Бакинского государственного университета (БГУ) состоялась онлайн-встреча с председателем Центра азербайджанского мультикультурализма, действующего при Ясском университете (Румыния) Людмилой Беженару.

Декан факультета Афет Мамедова подробно рассказала о важности создания Бакинского международного центра мультикультурализма и его роли в продвижении мультикультурных ценностей. Она отметила, что последовательная и целенаправленная работа, проводимая Центром азербайджанского мультикультурализма в соответствии с инициативой Президента Ильхама Алиева по продвижению Азербайджана как центра мультикультурализма в мире, дает хорошие результаты. Преподавание предмета «Азербайджанский мультикультурализм» в зарубежных вузах охватывает все более широкую географию, увеличивая свой размах и мощь.

Выступившая далее Людмила Беженару сделала развернутый доклад о деятельности возглавляемого ею Центра. Она отметила, что Румыния и Азербайджан считаются дружественными странами и близкими экономическими партнерами. С избранием великого лидера Гейдара Алиева президентом в 1993 году двусторонние отношения между Азербайджаном и Румынией вышли на новый этап. Людмила Беженару рассказала о деятельности Центра азербайджанского мультикультурализма при Ясском университете и преподавании предмета «Азербайджанский мультикультурализм» в вузе. Она сказала, что в ходе преподавания предмета студентам читаются лекции об исторических достопримечательностях и ​​материально-культурных образцах Азербайджана, включенных в список ЮНЕСКО. Деятельность центра включает в себя мероприятия, посвященные карабахским шехидам, а также работу, направленную на донесение реалий Западного Азербайджана до международной общественности.

 

 

Best coffeeshop in Berlin