Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AMEA-da təmizlik və yaşıllaşdırma günləri davam edir

AMEA-nın Əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar olaraq təmizlik,
abadlaşdırma və yaşıllaşdırma işləri davam edir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Akademiyanın Rəyasət
Heyətinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının şəhərciyində yerləşən
Nadir ağaclar parkında növbəti dəfə yaşıllaşdırma və abadlaşdırma işləri ilə tanış
olub və əraziyə baxış keçiriblər.
Belə ki, AMEA-da təmizlik və yaşıllaşdırma günləri çərçivəsində ərazidə
ölkəmizin iqlim şəraitinə uyğun əkilmiş 100-ə yaxın Azərbaycan florasının qədim
və “Qırmızı kitab”ına düşmüş Gözəl ağcaqayın, Hirkan ağcaqayını, dəmirağac,
Qafqaz xurması, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Şərq çinarı, Naxçıvan
florasına aid olan narbənd, eləcə də vələsyarpaq azatağac kimi ağaclara aqrotexniki
qulluq göstərilib, torpağın sağlamlaşdırılması, parkın abadlaşdırılması, ağacların
dərmanlanması, mühafizəsi, suvarma və s. işlər həyata keçirilib.
Bu münasibətlə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təmizlik və
yaşıllaşdırma günləri ilə əlaqədar olaraq ətraf ərazilərdə də növbəti dəfə nadir ağac
və gül kollarının əkilməsinin vacibliyini bildiri, ərazinin abadlaşdırılması və
yaşıllaşdırılması ilə bağlı bir sıra tapşırıqlarını verib.
Qeyd edək ki, Nadir ağaclar parkı Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ildə salınıb. Nadir ağaclar
parkının yaradılmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı
hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır. Akademiya şəhərciyində
yerləşən Nadir ağaclar parkı yaşıllıq sahəsi olmaqla bərabər, gələcəkdə elmi-
təcrübi baza rolunu da oynayacaqdır.
AMEA-da təmizlik və yaşıllaşdırma günləri davam edir.

Best coffeeshop in Berlin