Bakıda qoyun oğruları saxlanıldı
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən fermaların birindən 7 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər – A.Qurbanov, F.Əliqayev və F.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar.
Xətai rayonu ərazisində isə polisin keçirdiyi əməliyyat zamanı isə bir nəfərə məxsus avtomobildən 585 manat oğurlamaqda şübhəli bilinən H.Ələkbərov da müəyyən olunaraq saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə heroin də aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111