XIV Leo Sikstin kapellasında ilk ayini qeyd edəcək
Yeni seçilmiş Roma Papası XIV Leo mayın 9-da Sikstin kapellasında kardinallarla birlikdə ayini qeyd edəcək.
Mərasimdən sonra Leo onu seçmiş kardinallarla nahar edəcək, bundan sonra onlar Vatikanı tərk edərək bütün dünyadakı evlərinə gedə biləcəklər.
Bazar günü, mayın 11-də yeni pontifik ənənəvi xütbədə sadiqlərin qarşısına çıxacaq.
Xatırladaq ki, mayın 8-də Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri seçilib. O, 69 yaşlı Amerika-Peru kardinal Robert Frensis Prevost oldu. O, 267-ci Papa və Müqəddəs Pyotr taxtına sahib olan ilk amerikalı oldu.


