Azərbaycanın iki karateçisi dünya çempionu olub
Polşanın Pulavi şəhərində keçirilən Fudokan karate üzrə 10-cu dünya çempionatının ilk günündə Azərbaycan yığması üç medal - iki qızıl və bir bürünc qazanıb.
Öz kateqoriyalarında Hacıəli Vəlizadə (böyüklər arasında 80 kq-a qədər çəki) və Vüsal Seyidov (U21 kateqoriyasında 60 kq-a qədər çəki, 18-20 yaş) qalib olublar. 75+ veteranlar kateqoriyasında Siyavuş Bayramov bürünc medal qazanıb.
Fudokan Karate üzrə Dünya Çempionatı dörd ildən bir keçirilir. 10-cu yubiley turnirinə mayın 11-də yekun vurulacaq. Yığma Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Fudokan stilinin rəsmi nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında çıxış edir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



