UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ilk finalçısı müəyyənləşib
Milanın "İnter"i UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ilk finalçısı olub və yarımfinalın cavab oyununda İspaniya "Barselona"sını 4:3 hesabı ilə məğlub edib.
Görüş Milanın "San Siro" stadionunda baş tutub.
“İnter”in qollarını Lautaro Martinez (21), Hakan Çalhanoğlu (45+1, penalti), Françesko Acerbi (90+3) və Davide Frattesi (99) vurub. "Barselona"nın qollarını Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) vurub.
İlk görüş 3:3 hesabı ilə başa çatıb.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



