Pulsuz parklanma yerlərinin sayı artırılacaq
“2025-ci ildə pulsuz zonada avtomobillərin parklanma sayı artırılacaq”.
Bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib.
“2023-cü ilin sonunda parklanma işinə başladıq. 2300-dən çox məntəqə, 20 mindən çox parklanma yeri fəaliyyət göstərir. Şəhərin ən sıx küçələrində belə parklanma yerləri fəaliyyət göstərir. Bu ilin hədəfi pulsuz zonada parklanma sayının artırılmasıdır”, - deyə A.Rzayev bildirib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



