BDU-da “Stres və stresin idarə olunması” mövzusunda növbəti təlim +FOTO=3
Bakı Dövlət Universitetində (BDU) Psixoloji yardım sektoru, Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Stres və stresin idarə olunması” mövzusunda maarifləndirici təlim keçirilib.
Sektorun psixoloqu İlkanə İmranın keçirdiyi təlim zamanı tələbələrə stresin yaranma səbəbləri, orqanizmə təsirləri və onunla mübarizə yolları barədə ətraflı məlumat verilib. Psixoloq müxtəlif nəfəs texnikaları, praktik nümunələr və interaktiv fəaliyyətlər vasitəsilə stresi idarə etmək yollarını izah edib. Tələbələr diqqət toplama məşqləri və emosional tənzimləmə strategiyaları ilə tanış olublar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



