Azərbaycan finalda Slovakiyaya penaltilər seriyasında məğlub olub
Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Millətlərin Oyunları turnirində çıxışını başa vurub.
Bu gün yarımfinalda Belçika yığmasına qalib gələn (2:0), finalda isə Slovakiya komandası ilə qarşılaşan “millilər”. Matçın əsas vaxtı heç-heçə (2:2), penaltilər seriyasında isə meydan sahiblərinin bəxti gətirib (3:1).
Qrupda Azərbaycan daha əvvəl Ukrayna (2:2) və Slovakiya (2:3) ilə oynayıb.
Xatırladaq ki, ötən həftə Azərbaycan komandası Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.


