Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nəriman Qasımoğlu: 

Tad Bəyin doğum günü - 28 aprel

Tsdeush Svetoxovski ilə İlk dəfə 2004-cü ildə Nyu Yorkda tanış olduq. Keçmiş sovet ölkələrinin dini durumunda problemlər barədə keçirdiyim təqdimat tədbirində onu amerikalı jurnalistlərlə alimlərin qatıldığı auditoyada görmək çox xoş idi. Müzakirələr zamanı bir neçə sual verdi. Təqdimatdan sonra görüşdük, təriflədi, qayğıkeşliklə harada qaldığımı, planlarımı soruşdu. Ardınca da ertəsi gün üçün restoranda şam yeməyinə dəvət etdi. Dostluğumuz beləcə başladı. Sonra münasibətlərimiz Evan Siegelin sayəsində daha da möhkəmləndi.

Foto Tad Bəy (onu öz aramızda belə çağırırdıq) bizi həyat yoldaşı ilə Bakıda mənzilimizdə ziyarət edərkən çəkilib. Təxminən 2011-ci ildə.

2017-ci ildə dünyasını dəyişdi. Ruhun şad olsun, əziz Tad Bəy!

P,S. Aygün xanım Əziz xatırlatdı, təşəkkür edirəm.

* * *

Elxan Memmedov

AMERİKALI ALİMİN BAKIDA, İÇƏRİ

ŞƏHƏRDƏ ÖTƏN ƏSRİN 90 - CI

İLLƏRİNDƏ AZƏRBAYCANLA BAĞLI

ARAŞDIRMALARINA DAİR ÇIXIŞINI

DİNLƏMİŞƏM.

ALLAH RƏHMƏT ETSİN.

Агамахмуд Самедов

Ötən əsrin 90-cı illərində Tadeuş Svyaroxovski (Tad bəy) Azərbaycanda ən çox oxunan və sevilən xarici insanlardan idi. Hamımız ona çox inanır və ondan çox da umuruq. Ruhu şad olsun şərəfli İnsanın.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir

Best coffeeshop in Berlin