Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ulu Öndərin 102 illiyinə həsr olunmuş seminar – MASALLIDA

 

Aprelin 24-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Masallı Rayon Komitəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş seminar keçirib.
ATİAHİ rayon komitəsinin əhatə dairəsində olan ümumtəhsil və məktəbəqədər təhsil müəsisələrinin, Masallı Dövlət Regional Kollecinin, Masallı Pesə Məktəbinin nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbir öncəsi müasir, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü ugrunda canlarını qurban verən səhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Seminarı giris sözü ilə açan ATİAHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev Ulu Öndərin Azərbaycan dövətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və siyasi qüdrətinin artırılması yönümündə həyata keçirdiyi mühüm işlər barədə məruzə ilə çıxış edib. O, bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır: “Dahi rəhbərin xarici siyasəti ölkəmizin dünya arenasında layiqli yerini tutmasından, suverenliyini qorumaqdan, gələcək nəsillər üçün tərəqqisini təmin etməkdən ibarət idi. Bu uzaqgörən, cəsarətli dövlət xadiminin siyasi xətti, milli ideoloji kursu qətiyyətli Prezidentimiz, qalib xalqın müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir...” 
Sonra söz alan YAP Masallı rayon təşkilatının qurucularından biri, "Masallı Ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev öz həyatını xalqına həsr etmiş Heydər Əliyevin mənalı, zəngin ömür yolundan, ictimai-siyasi fəaliyyətindən bəhs edərək, Ümummilli Lider haqqında xatirələrini bölüşüb. 
Şəhid anası, Çaxırlı kənd tam orta məktəbinin direktoru Mehriban Sultanova, səhid atası, Ərəb kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Sarıbala Babayev Ulu Öndərin Vətən sevgisindən, torpaqlarımızın azadlığı ugrunda göstərdiyi misilsiz xidmətlərdən söz açıblar.
Əkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbinin direktoru Aytən Əliyeva, Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəbinin direktoru Məhbubə Şahbazova, Banbası kənd C.Qasımov adına tam orta məktəbinin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Nemət Abdullayev, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru  Famil İsmayılov dövlət quruculuğu və təhsilin inkişafında əvəzsiz rolu olan Ümummilli Liderin mənalı ömür yolunun hər anının bugünkü və gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ATİAHİ Masallı Rayon Komitəsi tərəfindən silsilə tədbirlər – seminar, konfrans, dəyirmi masalar, o cümlədən müxtəlif idman növləri üzrə xatirə turnirləri davam etdirilir. 

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin