28 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli alman bəstəkarı İohan Sebastiyan Baxın 340-cı il dönümünə həsr olunmuş “Hər bir musiqidə Bax səslənir…” adlı təntənəli fortepiano musiqi konserti keçirildi.
Konsertdə Əməkdar müəllim Firəngiz Hacıyevanın sinfinin istedadlı tələbələri - Züleyxa Bayramzadə, Şəhla Yusibova, Cəmilə Bəşirli uğurla çıxış etdilər.
Konsert proqramında İ.S.Baxın Preludiya və Fuqa G dur (YTK ll), Toccata c moll, V.A.Motsartın Sonata N.14 c moll, Sonata N.12 F dur, F.Listin “Petrarkanın soneti”, F.Şubert-F.Listin Erlkönig, S.Prokofyevin “Sonata N.2 d moll əsərləri dinləyicilərə təqdim olundu.
Gənc musiqiçilərin parlaq ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



