Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların Avropa çempionatı davam edir

Dünən Montoneqronun paytaxtı Podqoritsada kişi və qadın cüdoçular arasında startı verilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən ikinci günü biri qadın olmaqla iki cüdoçumuz mübarizəyə qatılacaq.

Kişiləri yarışında Rəşid Məmmədəliyev (73 kq), qadınlar arasında isə Fidan Əlizadə (57 kq) tatamiyə çıxaraq öz bacarığını nümayiş etdirəcək.

Xatırladaq ki, çempionatın ilk günü beş cüdoçumuz mübarizə aparıb ki, onlardan da yalnız biri - Əhməd Yusifov (60 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin